Polşa miqrantlardan qurtulacaq?

Polşa millət vəkilləri Belarusla sərhəddə qanunsuz miqrasiyadan xilas etmək üçün hasar çəkilməsi haqqında qanun layihəsini təsdiqləyiblər. Bu barədə Rusiyanın REN TV kanalı xəbər verir.

Belə ki, hasar çəkilişi təqribən 1.615 milyard zlotiyə (təxminən 414 milyon dollar) başa gələcək ki, bunun da 115 milyon zlotisi texniki təchizata xərclənəcək.

Qeyd edək ki, vəsait ölkə büdcəsindən ayrılacaq. Bəlkə də elə buna görədir ki, Polşa müxalifəti sənədi rədd etməyi tələb edib.

Xatırladaq ki, sentyabrın ortalarından bəri ölkənin hərbi idarəsi sərhəddə 2,5 metr hündürlüyündə tikanlı məftil hasarın çəkilməsinə artıq start verib. Onu da bildirək ki, planlaşdırılan 180-190 km-lik hasarın artıq 80 km-dən çoxu quraşdırılıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə