Konstitusiyaya dəyişikliklərlə bağlı referendum barədə ANONS

Belarusiya konstitusiyasına edilən dəyişikliklər fevralın sonunda keçiriləcək referenduma təqdim ediləcək. SİA xəbər verir ki, bu sözləri Belarusiya milli məclisi (parlamentin yuxarı palatası) şurasının sədri Natalya Koçanova söyləyib.

"Fevralın sonunda ölkəmizin əsas qanununun qəbul edilməsi ilə bağlı referendum keçiriləcək", deyə Koçanova referendum üçün konstitusiyaya edilən dəyişikliklərin vaxtı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, layihə yekunlaşmaq üzrədir və yaxın gələcəkdə "yenilənmiş konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılacaq".

Xatırladaq ki, Belarusiyada yeni konstitusiya hazırlanır. Konstitusiya referendumunun 2022 -ci ilin fevralından gec olmayaraq keçirilməsi planlaşdırılır. Konstitusiya Komissiyası əsas qanuna dəyişikliklər layihəsinin bir versiyasını hazırlayıb. Prezident Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən konstitusiya komissiyasının iclasında komissiya üzvlərinin kompromisə getmədikləri bir sıra mübahisəli məsələlərə baxılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...