Braziliyada COVID-19-a yoluxmada azalmalar...

Braziliyada son sutka ərzində daha 7852 nəfərin koronavirus infeksiyasına yoluxması, 176 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 21 597 949 yoluxma qeydə alınıb. Bu müddət ərzində 601 574 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 20 740 267 xəstə müalicə olunaraq sağalıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə