Yaponiya da Əfqanıstana humanitar yardım edir

Yaponiyanın Baş naziri Fumio Kişida G20 -nin onlayn toplantısında bu barədə danışıb. O qeyd edib ki, ölkəsi Əfqanıstana 190 milyon dollarlıq humanitar yardım göstərəcək. SİA bu barədə xarici mətbuata istinad edir.

Fondun bu ilin sonuna qədər beynəlxalq təşkilatlar vasitəsi ilə Əfqanıstana çatdırılacağını ifadə edən Kişida, məqsədlərinin Əfqanıstan xalqının üzləşdiyi humanitar böhrana kömək etmək olduğunu vurğulayıb. Keçən həftə Kunduzda bir məscidə təşkil edilən hücumu qınadığını ifadə edən Baş nazir Kişida, əlaqədar tərəflərlə əməkdaşlıq edərək beynəlxalq ictimaiyyətin ortaq problemi olan terrorizmə qarşı mübarizə səylərini sürətləndirəcəyi barədə söz verib. Talibanın əhatəli siyasi proses aparması ilə ölkənin yenidən bərpası üçün lazım olan insan resursların, vəsaitlərin və dəstəyin təmin olacağına diqqət çəkib. Xatırladaq ki, Taliban 20 illik fasilədən sonra ötən avqust ayında yenidən ölkəyə nəzarəti ələ keçirdi. Verdiyi açıqlamalarda insan hüquqlarına hörmət edəcəklərini və beynəlxalq ictimaiyyətlə yaxşı əlaqələr yaradacaqlarını irəli sürdü.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə