Paşinyan Putinlə görüşü məhsuldar qiymətləndirir

Ermənistanın Baş naziri Nikol Paşinyanın fikrincə, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü çox məhsuldar keçdi. Putin və Paşinyan çərşənbə axşamı axşam görüşdülər. "Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik.

Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik", - Paşinyan Twitter -də paylaşıb. Daha əvvəl bildirilmişdi ki, tərəflər görüşdə regional təhlükəsizlik, Qarabağla bağlı bəyanatların icrası və ölkələrin inteqrasiya birliklərində qarşılıqlı əlaqəsi məsələlərini müzakirə edəcəklər.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə