“Rusun adamı” Ukrayna hakimiyyətinə qarşı?

“Rusun adamı” Ukrayna hakimiyyətinə qarşı?

“Bu gün hakimiyyəti qəsb edən Ukrayna rəhbərliyi diktatura qurmaq yolu ilə gedir”. “RİA Novosti” yazır ki, bu fikirləri “Müxalifət Platforması - Həyat üçün” siyasi şurasının sədri Viktor Medvedçuk bildirib.

Xatırladaq ki, oktyabrın 12 -də Medvedçukun ev dustaqlığı dekabrın 7 -dək uzadılıb. Onu da qeyd edək ki, 13 may 2021 -ci ildə Kiyevdəki Peçersk məhkəməsi, Ukraynanın ən nüfuzlu rusiyapərəst siyasətçilərindən biri, Rusiya prezidenti Vladimir Putinin xaç atası hesab edilən Viktor Medvedçukun barəsində həbs qətimkan tədbiri olaraq onu ev dustaqlığına məhkum edib.

Belə ki, bu gün o vətənə xəyanət və habelə milli qaynaqları talan etməkdə günahlandırılır.

Onu da qeyd edək ki, Ukrayna prokurorluğu Medvedçukun istintaq təcridxanasına göndərilməsini istəsə də, amma bu sonradan 10 milyon dollardan artıq məbləğdə misli görünməmiş girovla əvəzlənib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə