Bu gün İranın ölkənin mərkəzi bölgələrində İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən keçiriləcək təlimlər başlayır.
Təlimlər döyüş hazırlığının artırılması, düşmənin təcavüzkarlığını cilovlamaq məqsədi daşıyır. Komanda, müxtəlif təhdidlərə qarşı yerli hava hücumundan müdafiə sistemlərinin effektivliyini qiymətləndirmək, elektron müharibə və kiber hücumlara qarşı tədbirlər hazırlamaq, həmçinin İran İnqilab Keşikçiləri Korpusunun müxtəlif bölmələri arasında koordinasiyanı yaxşılaşdırmaq niyyətindədir.
Təlim zamanı yüksək dəqiqlikli sursatdan, qanadlı raketlərdən, həmçinin pilotsuz təyyarələrdən və gizli təyyarələrdən qorunmaq üçün müasir texnologiyalardan istifadə olunacaq.
Xatırladaq ki, İranın hava hücumundan müdafiə sistemi hər il ölkənin hava sahəsini qorumaq qabiliyyətini artırmaq üçün təlimlər keçirir. Təlimlərin bölgədə artan gərginlik fonunda aparıldığı da bildirilir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB