Azyaşlılar narkotikləri Telegram kanalları vasitəsi ilə sifariş edirlər ERMƏNİSTANDA
Ermənistanda sosial şəbəkələr narkotik alqı-satqısı mənbəyinə çevrilib. SİA xəbər verir ki, bu sözləri Şirak prokuroru bazar ertəsi keçirdiyi mətbuat konfransında söyləyib.
“Narkotik ticarəti halları daha az görünə bilər, çünki onların alınması üsulları "modernləşdirilmişdir", deyə Şirak vilayətinin prokuroru Qurgen Qriqoryan mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Telegram kanalları narkotik əldə edilməsi üçün əsas mənbələrdən biri olub.
"Bu gün insanlar Telegram kanalları vasitəsi ilə dərman alırlar. Bizdə də belə hallar olur”, deyən prokuror, Ermənistanda marixuananın daha populyar olduğunu söyləyib.
Şirak prokuroru gənclərin cinayətinin artması hallarını həyəcan verici kimi qiymətləndirib.
Xatırladaq ki, ötən ilin 9 ayında Ermənistanda azyaşlılar tərəfindən 19 cinayət törədilib. Bu il isə azyaşlıların törətdiyi cinayətlər daha da artıb və analoji dövrdə 22 azyaşlı 20 cinayət törədib. Hazırda azyaşlı ermənilərin narkotik vasitələrin istifadəsi ilə bağlı da həyəcan təbili də çalınır və artıq azyaşlılarn narkotik vasitələri Teleqram kanalları vasitəsi ilə əldə etmələri bununla bağlı ölkədə acınacaqlı, bəlkə də qarşısıalınmaz çətin vəziyyətdən xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB