Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış olub.
SİA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hadisə yerli vaxtla saat 7:20-də Jambıl əyalətinin Sarıkemer kəndindəki mühəndis-sursat anbarı ərazisində qeydə alınıb. Daha əvvəl yanğın zamanı zədələnmiş təhlükəli maddə partlayıb.
“Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir”, – nazirliyin mətbuat xidməti bildirib.
Nazirlik qeyd edib ki, anbar ərazisində sursatların nəzarət altında məhv edilməsi həyata keçiriləcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda avqustun 26-da yanğının baş verdiyi texniki ərazini partlayıcı maddələrdən təmizləmək üçün işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB