Qəzaya uğramış təyyarədən xilasetmə işləri başa çatıb

Qəzaya uğramış təyyarədən xilasetmə işləri başa çatıb

Rusiyanın Tatarıstan Respublikasında yüngül motorlu “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır. SİA xəbər verir ki, hadisə yerində xilasetmə işləri başa çatdırılıb.

Qəza oktyabrın 10-da səhər saatlarında Menzalinsk şəhəri yaxınlığında baş verib. Aerokluba məxsus təyyarədə 23 nəfər, o cümlədən 20 paraşütçü olub. İlkin fərziyyə görə, qəza təyyarənin yükünün artıq olması, təyyarənin nasazlığı, yaxud uçuş heyətinin səhvi üzündən baş verib.

Tatarıstan Prezidenti Rustam Minnixanov hadisə yerinə gedib.
Çexiya istehsalı olan “L-410” təyyarəsi 1987-ci ildən istismarda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə