Almaniya kansleri Angela Merkel İsrailə sfər edib.
Qeyd edilir ki, Merkeli Tel-Əviv yaxınlığındakı Ben Qurion hava limanında İsrailin Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıb.
Merkel səfər çərçivəsində İsrailin Baş naziri Naftali Bennet və xarici işlər naziri Yair Lapidlə görüşəcək. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
İsrailin hökumət üzvləri ilə bir araya gələcək Merkel onun şərəfinə verilən şam ziyafətinə qatılacaq.
Yerli media Merkelin İsrailin keçmiş Baş naziri, hazırkı ana müxalifət lideri Binyamin Netanyahu ilə görüşməyəcəyini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB