İtaliyanın paytaxtı Romanın mərkəzi meydanında pandemiya ilə bağlı karantin qaydalarına qarşı etiraz nümayişi keçirilib.
SİA xəbər verir ki, bu barədə yerli “Repubblica” qəzeti məlumat yayıb.
Etirazlar zamanı Xalq Meydanında polislə nümayişçilər arasında toqquşmalar baş verib.
Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Toqquşmalar nəticəsində iki nümayişçi yaralanıb.
Onun sözlərinə görə, hazırda Çigi hökumət sarayının yaxınlığında olan etirazçılar polisə atəşfəşanlıq atırlar.
Ümumilikdə Romanın mərkəzində keçirilən etiraz aksiyasına təxminən 10 min adam toplaşıb. Etiraz aksiyasında ultra sağçı “New Force” (Forza nuova) partiyasının tərəfdarları da iştirak edib.
Meydanda keçirilən aksiyadan sonra etirazçılar Piazza Flaminioya doğru yürüş edərək nəqliyyatın hərəkətinə mane olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB