Ukraynalı diplomat xəbərdarlıq edib TƏHLÜKƏ BARƏDƏ

Ukraynalı diplomat xəbərdarlıq edib TƏHLÜKƏ BARƏDƏ

Ukraynanın Bosniya və Herseqovinadakı müvəqqəti işlər vəkili Vladimir Tsybulnik Avropa Birliyinə üzv olmaq üçün seçdikləri taktikanın təhlükələri barədə ölkə rəhbərliyinə xəbərdarlıq edib. SİA xəbər verir ki, o bu barədə “Zerkalo Nedeli”-yə məqaləsində bildirib.

Diplomatın fikrincə, bu mövzuda Gürcüstan və Moldova ilə sıx əməkdaşlıq Ukraynanın Avropa perspektivlərinə təsir göstərə bilər.

Tsybulnik, həmçinin Kiyevi ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ən qısa zamanda işləməyə çağırıb.
"Əgər Ukrayna elitaları Ukraynanın Avropa Birliyinə daxil olmasında həqiqətən maraqlıdırlarsa, o halda AB üzvlüyünə prinsipcə əlçatmaz olan bu islahatların həyata keçirilməsinə ciddi başlamaq lazımdır", deyə Tsubilnik bildirib.

O, əlavə edib ki, digər təhlükə Avropa Birliyinin assosiasiyanı genişləndirməyin zəruriliyinin dəqiq başa düşülməməsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə