Aydan gətirilən qaya nümunələrinin 2 milyard yaşında olduğu müəyyən edilib
Çinli “Changi-5” gəmisinin Aydan topladığı qaya nümunələrinin 2 milyard yaşında olduğu müəyyən edilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2020-ci ilin dekabr ayında Aya göndərilən “Changi-5”gəmisinin gətirdiyi qaya və torpaq nümunələrinin gözləniləndən daha gənc olduğu bildirilib.
Elm adamları, Ayın Yer üzünə baxan səthində “Procellarum” bölgəsindən yığılan lava axınının əmələ gətirdiyi bazalt süxurlarının 2 milyard il yaşı olduğunu açıqlayıb. Alimlər deyirlər ki, gec vulkanik aktivliyi izah etmək üçün Ayın bu hissəsində istilik verən bir şey olmalıdır.
Manchester Universiteti Dr. Katherine Joy "Bəlkə də Ay öz orbitində irəli və geri sallanaraq, bu da hərəkət istiliyininnəticəsidir" deyib. Joy, Ayın Yer üzündə hərəkət dalğalarıyaratması vəziyyətində olduğu kimi, Yerin cazibə qüvvəsinin Ayı uzadıb genişləndirmiş və sürtünmədən qaynaqlanan əriməsinə səbəb ola biləcəyini bildirib.
Apollon astronavtlarının topladığı qaya nümunələrinin 3 milyard yaşdan çox olduğu əvvəllər bildirilib. Çin tərəfindən Aydan qaya və torpaq nümunələri toplamaq üçün göndərilən “Changi-5” kosmik gəmisi 16 dekabr 2020-ci ildə Yerə qayıtdı. Eniş və qalxma komponentlərindən, peykdən vənümunə moduldan yaranan kosmik gəmi, 24 Noyabr 2020-ci ildə Hainan əyalətindəki Vinchang Kosmos Mərkəzindən 5-Y raketi ilə buraxılıb.
Ruqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB