Deputat sosial şəbəkədə hücuma məruz qaldı PUTİNİ TƏBRİK ETDİYİ ÜÇÜN

Deputat sosial şəbəkədə hücuma məruz qaldı PUTİNİ TƏBRİK ETDİYİ ÜÇÜN

Ukrayna Silahlı Qüvvələrinin cəbhədə olan əsgərləri, Rusiya prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik etməklə Ali Radanın deputatı İlya Kivanın onları təhqir etdiyini bildiriblər. SİA xəbər verir ki, bu barədə UNİAN portalı məlumat yayıb.

Onlar qəzəblərini sosial şəbəkələrdə yayımlanan bir video mesajda ifadə ediblər. Xüsusilə, ordu ukraynalıları "millət vəkilinin üzünə tüpürməyə" çağırıb və onun özünü də Donbasdakı cəbhədə ruslarla "salamlaşmağa" dəvət edib.

"Uşaqlar, kimsə haradasa bu narkoman heyvanı görsə, sizdən çox xahiş edirik ki, “mesajımızı"ona çatdırın və mümkünsə üzünə tüpürün", deyə bildirirlər.

Deputat İlya da öz növbəsində bu mesajl cavabsız qoymayıb, buna cavab olaraq döyüşçülərə yazığı gəldiyini bildirib. O, yeddinci il səngərdə oturaraq, bütün çətinliklərdə Putinin günahlandırıldığı TV-yə baxdıqlarını qeyd edib.

"Bir siyasətçi olaraq vəzifəm onları səngərdən çıxarıb analarına, arvadlarına və uşaqlarına qaytarmaq, müharibəni dayandırmaqdır!", deyib millət vəkili.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə