11 oktyabr matəm günü elan edildi

11 oktyabr matəm günü elan edildi

Batumidəki yaşayış binasının bir hissəsinin çökməsindən sonra 6 nəfərin ölməsi səbəbindən Gürcüstan hökuməti 11 oktyabrı matəm günü elan edib. SİA xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvilinin bəyanatında deyilir.

"Batumdakı faciəyə görə dərin kədərimi bildirirəm və qurbanların ailələrinə, yaxınlarına başsağlığı verirəm. Onlarla birlikdə bütün Gürcüstan bu dəhşətli faciəni yaşayır. Qurbanların xatirəsinə görə verilən qərarla, 11 oktyabr bazar ertəsi, matəm günü elan edilib", deyə baş nazir bildirib.

Onun sözlərinə görə, səlahiyyətlilər qurbanlara yardım göstərəcək və bütün günahkarlar cəzalandırılacaqlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə