Ukraynalı millət vəkili İlya Kiva, Saakaşvilinin Gürcüstanda həbs edilməsini ABŞ kəşfiyyat xidmətlərinin Putinə hədiyyəsi olduğunu bildirir
Baydendən Putinə... hədiyyə?

Ukraynanın “Müxalifət Platforması - Həyat naminə” ftaksiyasından Ali Radaya deputat seçilən İlya Kiva Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsini ABŞ xüsusi xidmət orqanlarının Rusiya prezidenti Vladimir Putinə hədiyyəsi kimi təqdim edib.

Maraqlıdır ki, rada deputatı Saakaşvilini əsl dələduz hesab edir. Qeyd edək ki, Saakaşvili hazırda Gürcüstan vətəndaşı deyil, Ukrayna vətəndaşıdır.

Kivaya görə, Ukraynada, Gürcüstanda olduğu kimi, hər şey ABŞ və Dövlət Departamentinin nəzarətindədir. O əminliklə Saakaşvilinin hazırkı həbsinin Gürcüstanın 2008 -ci ildə Cənubi Osetiyaya hücumunun təzminatı olduğunu bildirir.

Ukraynalı vəkilin sözlərinə görə, Vladimir Putinlə Cozef Baydenin "yeni bir dünya nizamı" yazdıqları görüşdən sonra dünyada vəziyyət dəyişib. Yəni bu görüşdən sonra dünya birliyi Rusiya ilə "flört" etməyə başlayıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə