Binanın uçması nəticəsində ölənlərin sayı 6 NƏFƏRƏ ÇATDI

Binanın uçması nəticəsində ölənlərin sayı 6 NƏFƏRƏ ÇATDI

Batumidə bir binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Rustavi 2 TV məlumat yayıb.

"Xilasedicilər Batumidə ölən beşinci adamın cəsədini dağıntılar arasından çıxarıblar. Əldə etdiyimiz məlumata görə, ölənlər azyaşlıdırlar", deyə mesajda bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl beş nəfərin öldüyü xəbəri yayılmışdı.

Xatırladaq ki, Batuminin mərkəzində, 26 may küçəsində, yeddi mərtəbəli binanın girişi çöküb. Yaxınlıqda park edilmiş avtomobillər də dağıntılar altında qalıb. Ən azı iki böyük və iki uşaq xilas edilib. Daxili İşlər Nazirliyi rəisinin sözlərinə görə, daha üç uşaq dağıntılar altında qalıb.
Hadisə yerində təxminən 300 xilasedici işləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə