9 mərtəbəli binadan maşının üzərinə çırpılıb

9 mərtəbəli binadan maşının üzərinə çırpılıb

ABŞ-ın Nyu-Cersi əyalətində bir şəxs 9 mərtəbəli binadan maşının üstünə düşüb. SİA xarici mətbuata istinadən bildirir ki, hadisənin şahidi Kristina Smit hadisə yerində bir səs eşidib: "Maşının şüşələri partlayış baş veribmiş kimi qırıldı. Sonra düşən adam qışqırmağa başladı, qolu tamamilə əyilmişdi. Şoka düşdüm, film kimi səhnə idi".

Smit təcili tibbi yardıma zəng etdiyini və şəxsiyyəti məlum olmayan şəxsin qısa müddət sonra xəstəxanaya aparıldığını deyib. Sözügedən şəxsin sağlamlıq vəziyyəti ilə bağlı heç bir məlumat paylaşılmasa da, polisin hadisə ilə bağlı araşdırmalarına davam etdiyi bildirilib.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə