Amerika rəsmiləri “Taliban”la görüşəcək

Amerika rəsmiləri “Taliban”la görüşəcək

ABŞ nümayəndə heyəti “Taliban” hərəkatının nümayəndələri ilə görüşəcək. Xəbər verildiyi kimi, görüş həftə sonu Dohada baş tutacaq.

Qeyd edək ki, Amerika nümayəndə heyətinin tərkibində Dövlət Departamentinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmiləri və kəşfiyyat işçiləri daxil ediliblər.

ABŞ nümayəndə heyətinin Amerika vətəndaşları və digərlərinin Əfqanıstandan təhlükəsiz çıxmasını təmin etmək və qaçırılan ABŞ vətəndaşı Mark Frerixsi sərbəst buraxmaq üçün “Taliban”a təzyiq göstərəcəyi də gözlənilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin müdiri Zamir Kabulov Rusiyanın Əfqanıstanla bağlı Moskva formatlı görüşdə iştirak etmək üçün “Taliban” nümayəndələrinə dəvət göndərəcəyini bildirib. Qeyd edək ki, görüş oktyabrın 20 -nə təyin edilib. Onu da bildirək ki, Kabulov, “Taliban” nümayəndələrinin mümkün səviyyəsi haqqında ətraflı məlumat verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə