Saakaşvili aclıq aksiyasını dayandırdı

Saakaşvili aclıq aksiyasını dayandırdı

Gürcüstanın aclıq aksiyası keçirən üçüncü prezidenti Mixail Saakaşvili 8 gündür davam edən aclıq aksiyasını dayandırıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə məlumatı Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin rəisi Nika Tsxvaraşvili təsdiqləyib. O bildirib ki, Saakaşvili bal və təbii şirələr qəbul edib:
“Onun üçün xüsusi olaraq kart hazırlanmışdı. Müxtəlif qida məhsulları əlçatan idi, sifarişindən sonra məlum olub ki, bir neçə banka bal və bir neçə litr təbii şirə sifariş edib. Duru yeməklər qəbul etməyə başlayıb”.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə