Məsciddə törədilən terror barbar hücumu adlandırılıb QUTERREŞ TƏRƏFİNDƏN
BMT baş katibi Antonio Quterreş Əfqanıstanın Kunduz əyalətində bir şiə məscidində törədilən terror aktını qınayıb və bunu barbar hücumu adlandırıb. SİA xəbər verir ki, bu barədə cümə günü baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bəyan edib.
"Baş katib, əlbəttə ki, bu barbar hücumu qınayır və ölənlərin və yaralananların ailələrinə başsağlığı verir", deyib Dyujarrik.
Qeyd edək ki, bir qədər əvvəl hadisə şahidinin verdiyi məlumata görə, Kunduzda baş verən partlayış nəticəsində 100-dən çox adam ölüb, çox sayda insan yaralanıb. Ölənlərin və yaralananların hamısının məscidin yanından keçənlər olduğu qeyd edilib.
Taliban hərəkatının sözçüsü Zabiullah Mücahidin sözlərinə görə, xüsusi təyinatlılar partlayış yerinə gəlib və araşdırma aparılır. Kütləvi informasiya vasitələri hərəkatın yerli nümayəndəsinə istinadən partlayışı intiharçının törətdiyini bildirib. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Səid Xosti partlayışın olduğunu təsdiqləsə də, qurbanların sayının bilinmədiyini vurğulayıb.
Xatırladaq ki, hücuma görə məsuliyyəti “Vilayət Xorasan-İslam Dövləti” terror qruplaşması öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB