Ukraynada uşaq iflici xəstəliyi aşkarlanıb

Ukraynada uşaq iflici xəstəliyi aşkarlanıb

Ukraynada 18 aylıq körpədə uşaq iflici xəstəliyi aşkar olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu xəstəlik Rivne vilayətində 18 aylıq bir körpədə aşkar olunub. Uşağın iflic olma əlamətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Səhiyyə Nazirliyinin verdiyi açqlamada xəstəliyin ikinci növ polioviruslarının peyvənd ştamının törəməsindən qaynaqlandığı bildirilib.

Bundan əlavə qeyd edək ki, ÜST-ün verdiyi məlumata görə, 2015 -ci ildə Ukraynada biri 10 aylıq, digəri isə dörd yaşında olan iki uşaqda da uşaq iflici xəstəliyi aşkar olunub.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə