Vizasız gediş-gəliş haqqında razılıq...

Vizasız gediş-gəliş haqqında razılıq...

BBC-nin məlumatına görə, Türkiyənin biometrik pasportu olan şəxslər 26 Şengen ölkəsinə vizasız gediş-gəliş əldə edə bilərlər. Belə ki, artıq Avropa Komissiyası da bu təşəbbüsü dəstəkləmək niyyətindədir.

Xatırladaq ki, Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına oktyabr ayında Türkiyə və Avropa Birliyi rəsmilərinin görüşü zamanı baxılacaq.

Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcı yaşanalara münasibət bildirərək, Türkiyənin miqrasiya probleminə yeni bir nəzər salıb bunu təhlil edəcəklərini də bildirib.

Qeyd edək ki, Türkiyə vətəndaşları üçün Avropa Birliyi ölkələrinə vizasız giriş 2013-cü ilin sonundan bəri müzakirə olunur.

Müzakirəyə əsasən, Türkiyə 72 meyara cavab verməlidir ki, bunlardan 5-i hələ yerinə yetirilməyib: korrupsiyaya qarşı mübarizə; fərdi məlumatların qorunması ilə bağlı Avropa Birliyi qanunvericiliyinə uyğunluq; antiterror qanunvericiliyinə və təcrübəsinə Avropa Birliyi standartlarına uyğun olaraq yenidən baxılması; “Europol” ilə operativ əməkdaşlıq haqqında müqavilənin bağlanması; üzv dövlətlərlə cinayət işlərində səmərəli məhkəmə əməkdaşlığı...

... Deyim ki, bunlar Türkiyə vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız girişi üçün tələb olunan şərtlərin bir qismidir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə