Kiyevin Moskvaya davamlı hücumları fonunda Rusiya və Ukrayna liderlərinin görüşü qeyri-realdır, üstəlik, Rusiya tərəfi artıq Krım mövzusunun heç bir kontekstdə müzakirə olunmayacaq. SİA xəbər verir ki, bunu cümə axşamı günü keçirdiyi brifinqdə Federasiya Şurasının Beynəlxalq Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov bəyan edib.
Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların mümkün olub-olmadığını şərh edən Cabarov, Rusiya liderinin artıq "heç vaxt Krım mövzusunu heç kimlə müzakirə etməyəcəyini" ifadə etdiyini qeyd edib.
Senator hesab edir ki, digər tərəfdən Zelenski bu mövzunu qaldıra bilməz, əks halda onu millətçilər "diri -diri yeyəcərlər".
Cabarovun sözlərinə görə, dövlət başçılarının təklif olunan görüşünün gündəliyində Krım mövzusu varsa, "görüş baş tutmayacaq".
O, bundan əlavə, Kiyevin Moskvaya davamlı hücumlarına diqqət çəkib.
"İndi təəssüf ki, Ukrayna prezidenti, baş nazir və xarici işlər nazirinin davranışı, əslində çox vaxt Rusiyanı təhqir edir. Buna görə də, qanunvericinin fikrincə, belə bir görüş indiyədək "real deyil", deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB