Rusiya liderindən humanist çağırış

Rusiya liderindən humanist çağırış

"“Qazprom” Ukrayna üzərindən tranzit qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərinə tam riayət etməlidir”. SİA xəbər verir ki, belə bir çağırışı Rusiya prezidenti Vladimir Putin enerjinin inkişafı ilə bağlı keçirilən iclasda edib.

“Birincisi, bu gün Rusiya-Ukrayna münasibətləri ilə əlaqəli bütün məqamlara baxmayaraq, Ukrayna da daxil olmaqla heç kəsi çətin vəziyyətə salmamalıyıq. İkincisi, biz “Qazprom”un etibarlı bir tərəfdaş olaraq etibarını heç bir cəhətdən sarsıtmamalıyıq”. Bu fikirlər də Rusiya liderinin dediklərindəndir.

Rusiya prezidenti Energetika Nazirliyinin rəhbəri Nikolay Şulginova bu mövzunu şəxsi nəzarətinə götürməsini də tapşırıb.

Putin həmçinin “Qazprom”un Ukraynadan yan keçməklə yeni qaz kəmərləri ilə qaz tədarükünü artırmamalı olduğu fikrini də ifadə edib. O, hətta bunun, Kiyev üçün cəriməni nəzərə alsaq da, daha sərfəli olacağını etiraf edib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə