NATO Rusiya missiyasından olan əməkdaşları ittifaqdan çıxarmaq qərarına gəlib. Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Mətbuatda yayılan məlumatlara görə, səkkiz işçi deportasiya olunacaq. Məlumatda onların düşmənçilik fəaliyyətinə görə cəzalandırıldıqları bildirilir.
Bundan əlavə, Rusiya missiyasının daha iki diplomatının vəzifəsi ləğv ediləcək. Kanalın redaktoru Deborah Haynesin açıqladığı kimi, ittifaq Rusiyanın sui -qəsd və casusluq da daxil olmaqla düşmənçilik fəaliyyətinə cavab olaraq, bu ölkənin missiyasını yarıya qədər endirmək qərarına gəlib. Qeyd edək ki, kanal redaktorunun yazısı artıq “Twitter”də yerləşdirilib.
Haynes qeyd edib ki, bunlar bəyan edilməmiş kəşfiyyat zabiti sayılan diplomatlardır və buna görə oktyabrın sonuna qədər getməlidirlər.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB