Ermənistanda son sutkada daha 1 155 nəfər COVID-19-a yoluxub. SİA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 266 208-ə yüksəlib. Son sutkada 21 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı isə 5 440-a yüksəlib. Virusdan 245 757 nəfər sağalıb. Hazırda 14 945 pasient müalicə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB