Yaponiyada 5.6 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5.6 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Honşu adasının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

SIA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Haçinohe şəhərindən 77 kilometr cənub-şərqdə, ocağı isə 53 kilometr dərinlikdə yerləşib.

Mümkün itkilər və dağıntılar, həmçinin, sunami təhlükəsi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə