Türkiyə 77 qanunsuz miqrantı xilas edib

Türkiyə  77 qanunsuz miqrantı xilas edib

Muğla vilayətinin Marmaris qəsəbəsində Yunanıstan tərəfdən Türkiyə sularına itələnən 77 miqrant xilas edilib.
Sahil Mühafizəsi Komandanlığının məlumatına görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları bölgəyə çatıb və Yunanıstan tərəfdən Türkiyə sularına itələnən 77 miqrant quruya çıxarılıb. SİA bu barədə türk mətbuatına istinadən xəbər verir

Miqrantlar ölkələrinə geri göndərilmələri üçün aidiyyəti qurumlara təhvil veriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə