Ağ Evdən yeni addım

Ağ Evin sözçüsü Jen Psaki sosial media şirkətləri ilə bağlı federal qaydaların gündəmdə olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Psaki “Facebook” şirkətinin keçmiş əməkdaşı Frances Haugenin ictimai maraq və şirkət mənfəəti arasında ziddiyyət olduqda sosial media nəhənginin öz maraqlarını seçdiyi ilə bağlı fikirlərini şərh edib. Uzun müddətdir ki, sosial media şirkətləri ilə bağlı iddiaların ABŞ Prezidenti Bayden və Konqresin gündəmində olduğunu vurğulayan Psaki, "Şirkətlərin daxili qurumlarının işə yaramadığı aydındır" deyə öz ifadəsini bildirib.

Bütün dünyada təxminən 6 saat “Facebook”, “WhatsApp” və “İnstagram”a daxil olmaq problemi yaranıb. "Facebook"un infrastruktur direktoru Santosh Janardhan şirkətin internet saytında verdiyi açıqlamada, kəsilmənin səhv bir konfiqurasiya səbəb olduğunu söyləyib.

Problemin şirkətin fəaliyyətində istifadə olunan sistemlərin yararsız hala düşdüyünü və həllini çətinləşdirdiyini qeyd edən Janardhan "Bu gün platformalarımızdakı fasilələrə görə dünyanın hər yerində bizə etibar edən insanlardan və şirkətlərdən üzr istəyirik" deyib.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə