Koronavirusa qarşı yeni növ dərman hazırlanır - DİQQƏT!

Koronavirusa qarşı yeni növ dərman hazırlanır - DİQQƏT!

Avropa Dərman Agentliyi yeni növ koronavirus (Covid-19) xəstəliyinin müalicəsi üçün hazırlanmış "Regkirona" dərmanının Avropa Birliyində istifadəsi üçün tətbiqin qiymətləndirilməsinə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dərmanın Cənubi Koreyada yerləşən Celltrion şirkətinə məxsus "Celltrion Healthcare Hungary Kft" tərəfindən edildiyi bildirilib.

Monoklonal antikor olaraq bilinən dərmanın, əlavə oksigen müalicəsinə ehtiyacı olmayan, lakin vəziyyəti pisləşmə riski olan böyüklər, Covid-19 xəstələri üçün hazırlandığı bildirilib.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə