İspaniyadakı vulkan püskürməyə davam edir

İspaniyadakı vulkan püskürməyə davam edir

Sentyabrın 19-dan etibarən İspaniyanın La Palma Adasında aktiv olan Kumbre Vieja yanardağı hələ də lava tökməyə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniya hökuməti püskürmənin baş verdiyi La Palma bölgəsini fəlakət bölgəsi elan edib. 17 gündür aktiv olan Kumbre Vieja yanardağının sürətlənən lava axını havadan izlənilib.

Qeyd edək ki, vulkanın püskürməsindən sonra yüzlərlə ev dağılıb və 6 min adam ərazidən təxliyə edilməli olub.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə