Ehtiyatda olan amerikalı əsgərlər Azərbaycan-Ermənistan sərhədində yerləşən Armaş kəndində erməni uşaqlara hərbi təlim keçirlər.
Bu barədə ABŞ-ın “Washington Examiner” nəşri yazıb.
Nəşrə görə, təlimi “Phoenix School of Bravery” təşkilatı keçir və buna Aram adlı ABŞ-ın Hava Qüvvələrinin keçmiş xüsusi təyinatlı zabiti rəhbərlik edir. Onlar uşaqlara silahla davranmaq qaydanalarını və özünümüdafiəni, eyni zamanda hücuma necə keçmək lazım olduğunu öyrədirlər.
Nəşr eyni zamanda qeyd edib ki, Aram onun öz adı deyil, yazıda şərti olaraq qeyd edilib. O, Livan ermənisi olmasına baxmayaraq, 14 il ABŞ silahlı qüvvələrində xidmət edib. “Washington Examiner” ABŞ ordusunun keçmiş zabitinin ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşdüyünü də qeyd edib.
Erməni "amerika zabiti" özü bu barədə danışıb: "Qırmızı Bazardakı bölməmiz təxminən 300 nəfər idi. Müdafiə olunmaq üçün yaxşı mövqelərimiz var idi. Amma dəstəyimiz olmadığı üçün mövqeləri itirdik. Bu adamlar çox hazırlıqsız idi, ona görə həmin mövqeləri geri qaytarmaq üçün xüsusi əməliyyat taktikasından istifadə edə bilməzdim. Qarabağın mərkəzində yerləşən Şuşa azad olundu və Ermənistanın məğlubiyyəti rəsmiləşdi”.
Açaq döyüşdə silahını qoyub qaçanın biri indi də erməni uşaqlara hərbi təlim keçir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB