Rusların TASS agentliyi xəbər veriri ki, Amerika prezidenti Cozef Bayden Ağ Evdəki çıxışı zamanı ölkəni gözləyən iqtisadi fəlakət ehtimalından danışıb. Belə ki, o ABŞ-ın defolt təhlükəsi olduğunu açıqlayıb. Prezidentin sözlərinə görə, bu gün ölkədə heç kim borc öhdəlikləri üzrə defoltun baş verməyəcəyinə zəmanət verə bilməz ...bu respublikaçıların hərəkətlərindən asılıdır.
Baydenə görə, Konqres dövlət borcu tavanının artırılmasına razılıq vermədiyi təqdirdə, potensial bir defoltun baş verə biləcəyi istisna edilmir: “Bu olmadan dolların dünyanın ehtiyat valyutası statusu təhlükə altına düşəcək, ABŞ -ın kredit reytinqi enəcək və milli borc faizi artacaq”.
ABŞ prezidentinin sözlərinə görə, dövlət borc tavanının qaldırılmaması, aldığımız öhdəlikləri yerinə yetirmək istəyini şübhə altına alacaq. Bu, Maliyyə Nazirliyinin qiymətli kağızlarının etibarlılığına xələl gətirəcək və eyni zamanda dolların dünya ehtiyat valyutası statusunu təhdid edəcək.
Bayden, maraqlı da olsa, respublikaçıları ABŞ iqtisadiyyatı ilə “Rusiya ruleti oynamağı” dayandırmağa çağırıb. Ağ Ev rəhbərinin sözlərinə görə, bu gün siyasi rəqibləri öz hərəkətləri ilə Konqresə milli borcun yuxarı həddini qaldırmağa qarşı çıxırlar və bu da ölkəni defolt riski ilə üz-üzə qoyur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB