“...Nüvə silahının istifadəsi riskləri çox yüksəkdir, ölkələr arasında düşmənçiliyin artması ilə birlikdə bu ciddi nəticələrə - o cümlədən nüvə müharibəsinə səbəb ola bilər”. Qeyd edək ki, bunu BMT baş katibinin müavini, tərksilah məsələləri üzrə ali nümayəndəsi İdzumi Nakamitsu deyib.
Onun sözlərinə görə, nüvə gücləri arasındakı münasibətlərdə artan düşmənçilik, nüvə risklərinin qəbuledilməz bir həddə qədər artmasına səbəb olmaqdadır.
Nakamitsunun fikrincə, dünyanın müxtəlif ölkələrində toplanan adi silahlar da təhlükə mənbəyidir.
BMT baş katibinin müavini, 2020 -ci ildə qlobal hərbi xərclərin təxminən 2 trilyon dollar olduğunu bildirib. Yeri gəlmişkən bildirək ki, bu 2019 -cu illə müqayisədə 2.6 faiz çoxdur.
Onu da bildirək ki, BMT-nin baş katibi Antonio Quterreş də bir müddət əvvəl dünyada nüvə silahından istifadə təhlükəsi səviyyəsinin inanılmaz dərəcədə yüksək olduğunu bildirib. Onun sözlərinə görə, bu risk son 40 ildə ən yüksək həddə çatıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB