Aktyora "Vahid Rusiya"dan olan deputatın mandatı veriləcək

Aktyora "Vahid Rusiya"dan olan deputatın mandatı veriləcək

"Vahid Rusiya"dan olan deputatın mandatı aktyor Maşkova veriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası "Vahid Rusiya"nın deputat mandatını rus aktyoru "Tabakerka"nın bədii rəhbəri Vladimir Maşkova verməyi planlaşdırır. Komissiyanın müvafiq qərar layihəsinə görə, məsələyə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının 4 oktyabr bazar ertəsi keçiriləcək iclasında baxılacaq. Vakant mandat Moskva Millətlər Dövlət Teatrının direktoru Maria Revyakinaya verilir. Bundan əlavə, Rusiya Mərkəzi Seçki Komissiyası deputat mandatını Dmitri Vyatkin və Elena Tsunaevaya verməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının iclasında dörd parlament partiyasından yəni kommunist partiyasından üç, liberal demokrat partiyasından bir, yeni xalq partiyasından iki, ümumilikdə isə 60 millət vəkilini qeydiyyatdan keçirməyi planlaşdırılır.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə