Ekvador həbsxanasındada genişmiqyaslı əməliyyat

Ekvador həbsxanasındada genişmiqyaslı əməliyyat

Ekvadorun təhlükəsizlik qüvvələri ölkə həbsxanalarından birində qruplaşmalar arasında baş vermiş və 118 nəfərin ölümü ilə nəticələnən toqquşmalardan sonra cəzaçəkmə müəssisəsində iri miqyaslı əməliyyat keçirib.

Bu barədə yerli KİV bildirib. Məlumata görə, Quayakil (Quayas əyaləti) şəhərindəki Litoral həbsxanasında atəş səsləri eşidilib. Həmçinin həbsxananın ərazisinə tank girib.

Tüstü bombaları ilə həbsxanaya girmiş xüsusi təyinatlı dəstə ilə həbsxanadakı qruplaşma üzvləri arasında baş verən toqquşmada bir polis əməkdaşı və bir məhbus xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə