Ekvador həbsxanasında polislərə atəş açılıb

Ekvador həbsxanasında polislərə atəş açılıb

Ekvadorda Quayas əyalətinin həbsxanasında məhkumlar binalara baxış keçirən polislərə atəş açıblar.

Bu barədə Ekvador milli polisinin tviter səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, atəş açanlar dərhal zərərsizləşdirilib, hazırda həbsxanada asayiş təmin edilir. Axtarışlar nəticəsində hüquq -mühafizə orqanlarının əməkdaşları iki avtomat, üç tapança, döyüş sursatı və mobil telefonlar aşkar edərək müsadirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə