ABŞ-ın dialoq təklifi hələ də cavabsız qalıb

ABŞ-ın dialoq təklifi hələ də cavabsız qalıb

ABŞ Şimali Koreya ilə dialoqa və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyə hazırdır. SİA bu barədə xarici mətbuatına istinad edir.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

O, qeyd edib ki, rəsmi Vaşinqton hələ bununla bağlı Pxenyandan cavab almayıb.

“Şimali Koreya ilə müzakirə üçün konkret təkliflərlə çıxış etdik. Amma hələ cavab almamışıq. Biz məsələlərin bütün spektrini müzakirə etməyə hazırıq”, – Ağ Evin rəsmi nümayəndəsi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə