"Mişiko, nə üçün Tbilisiyə getdin?"

"Mişiko, nə üçün Tbilisiyə getdin?"

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saxlanılmasını istehzalı şəkildə şərh edib. SİA bu barədə rus mətbuatına istinad edir.

O, teleqram kanalında Saakaşvilinin “Moskvada dinc yaşaya biləcəyini” və partiyanın onu azad etmək üçün tədbirlər görəcəyini yazıb:

“Mişiko, nə üçün Tbilisiyə getdin? Moskvaya niyə gəlmədin? Biz LDP sənin azadlığa çıxmağın üçün bütün tədbirləri görəcəyik. Ancaq, hələlik, Mişa, gözlə. Mən Gürcüstan hökumətinin sənin gəlişinə hansı menyunu hazırladığını bilirəm: birincisi çürük quyruq balığından şorba, ikincisi kartof püresi, üçüncüsü Birinci dünya müharibəsinin tozundan jele”.

Bütün xəbərlər Facebook səhifəmizdə