Saakaşvili aclıq elan edib

Bu gün vətəninə qayıtdıqdan sonra həbs edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.

Bu barədə gürcü ombudsman Nino Lomjariya Saakaşvili ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, səfər zamanı Saakaşvili onu müayinə edən həkimin yanında olub.

TASS agentliyi bunu gürcü ombudsmana istinadən xəbər verir: "Sonra bizə kamerada danışmaq imkanı verildi. Mixail Saakaşvili aclıq etdiyini söylədi".

Ombudsman, sabiq prezidentin 6 il həbsdə yatması lazım olan "hökmlərlə razılaşmadığını" və özünü siyasi məhbus hesab etdiyini bildirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə