Gürcüstanın Baş prokurorluğu sabiq prezident Mixeil Saakaşvilinin həbsi ilə əlaqədar bəyanat yayıb.
SİA-nın Gürcüstan bürosu xəbər verir ki, bəyanatda M.Saakaşvilinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həbs olunaraq barəsindəki məhkəmə qərarlarının icrası üçün müvafiq penitensiar müəssisəyə yerləşdirildiyi bildirilib.
Baş Prokurorluq, həmçinin, sabiq prezidentə qarşı irəli sürülən ittihamlara aydınlıq gətirib.
Qeyd olunub ki, Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fikizi zorakılıq tətbiq etməsi müəyyən edilən M.Saakaşviliyə hər üç instansiya məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzası verilib və qərarın appelyasiyası mümkün deyil.
Bundan başqa sabiq prezident “İmedi” telekanalına basqın təşkil etməkdə, həmçinin, Patarkatsişvili ailəsinin mülkərini mənimsəməkdə və Dövlət Xüsusi Mühafizə Xidmətinin təxminən 9 milyon lari məbləğində vəsaitini şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB