Ukrayna Ərdoğanın dəstəyini istəyib

Ukrayna Rusiya tərəfindən saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılmasını Prezident Rəcəb Tayyib Ərdoğandan istədiyini bildirib.
Ukrayna Ərdoğanın dəstəyini istəyib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Prezident Vladimir Zelenskinin Rusiya tərəfindən saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılmasını Prezident Rəcəb Tayyib Ərdoğandan istədiyini bildirib. SİA bu barədə türk mətbuatına istinad edir.

Kuleba Zelenskiy və Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasına qatıldıqları Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təkbətək və nümayəndə heyətləri arasında uzun danışıqlar keçirdiklərini xatırladıb.

Kuleba bildirib ki, görüş zamanı Zelenskiy Ərdoğana Krım Tatar Milli Məclisi sədrinin müavini Neriman Cəlal da daxil olmaqla 450 ukraynalı məhbusun siyahısını verib.

Ərdoğanın Rusiya Prezidenti Putindən onlar üçün xahiş etməsini istədiyini ifadə edən Kuleba ukraynalıları Rusiya həbsxanalarından azad etmələrinin vacibliyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə