İranın cənub-qərbindəki Buşehr əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, episentri Buşehr əyalətinin Günave rayonunda olan zəlzələ yerli vaxtla saat 04:45-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Zəlzələdən sonra bölgəyə axtarış-xilasetmə qruplarının göndərildiyi bildirilib və indiyə qədər 4 nəfərin yaralandığı açıqlanıb.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB