Deportasiya olunan ermənilər mühafizəçini güllələyiblər

Deportasiya olunan ermənilər mühafizəçini güllələyiblər

Deportasiya zamanı hava limanından qaçan Ermənistan vətəndaşları onları müşayət edən mühafizəçini də güllələyiblər. Beləliklə, “REN TV”-nin verdiyi məlumata görə, Vnukovo hava limanında oğurluqda təqsirli bilinərək vətənlərinə deportasiya olunan iki Ermənistan vətəndaşı qaçmağa cəhd ediblər.

Mənbənin verdiyi məlumata görə, ermənilər koronavirus testindən keçirilmək üçün hava limanının D terminalına aparılıblar. Həmən an imkan tapan ermənilər, deyildiyi kimi, mühafizəçini güllələyərək qaca biliblər. Amma elə də uzağa yox. Belə ki verilən məlumatda qaçanlardan biri 58 yaşlı Aleksandr Emuxvari taksiyə minərkən xəsarət alıb və tutularaq qandallanıb .

Digər erməni-50 yaşlı Aleksandr Davityan isə müvəqqəti də olsa qaçmağı bacarıb. Bildirilir ki, o, əvvəllər də oğurluqlar edib və bu əməllərinə görə xeyli müddət imiş ki, cəza çəkirmiş.

...Yaralı halda həbs edilən Aleksandr Emuxvari polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə