Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin Yaxın Şərq üzrə koordinatoru McGurk haqqında kəskin fikirlər səsləndirib. SİA Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Ərdoğan McGurku PKK/YPG/PYD-ni yönləndirməkdə, terror təşkilatını idarə etməkdə ittiham edib.
"Təbii ki, bu sözlərim kimisə ciddi narahat edəcək. Bunu da bilirik. Təəssüflə qeyd etməliyəm ki, NATO tərəfdaşımız olan Amerika prezidentinin xüsusi nümayəndəsi McGurkun terrorçilara xüsusi marağı var. Bu adam demək olar ki, terror təşkilatlarının dispetçeridir. Və bu qruplaşmanı o idarə edir", deyən Türkiyə Prezidenti bu açıqlamasını Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdən dərhal sonra verib.
Prezident Ərdoğan jurnalistin, "Amerika Əfqanıstandan çəkildi. "Amerika Suriyadan da çıxmalıdır" dediniz. Vaşinqtonun hansı addım atacaq, perspektivdə nə var?" sualına cavab verib: "Az əvvəl bir ad çəkdim, McGurk. Bu, əslində terroru dəstəkləyən bir amerikalının addır. Bu adam demək olar ki, PKK/YPG/PYD-nin rəhbəridir. Bunu da bilirik ki, o terror təşkilatları ilə qol-qola gəzən adamdır. Terrorçularla vuruşduğumuz bir bölgədə onlarla qol-qola gəzməsi məni ciddi narahat edir. Bu terror təşkilatları ilə iç-içə olması, bir yerdə olması artıq öz mövqeyini ifadə edir. Gec-tez Amerika buradan çıxmalıdır. Bura Suriya xalqına buraxılmalıdır".
Ərdoğanın bəhs etdiyi Brett McGurk Obamanın prezidentliyi dövründə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi olaraq çalışıb. Bayden hakimiyyətə gəldikdən sonra Ağ Evin Yaxın Şərq və Şimali Afrika koordinatoru təyin edilib. Türkiyəyə qarşı açıq çıxışları ilə seçilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB