Ermənilər yeni dövlət büdcəsindən narazıdırlar

Ermənilər yeni dövlət büdcəsindən narazıdırlar

Sentyabrın 30 -da Ermənistan hökumətinin iclasında gələn ilin dövlət büdcəsi layihəsi elə də çox müzakirə edilmədən təsdiq edilib. Amma maraqlıdır ki, büdcəsi layihəsinin təsdiqi üçün Nikolun sənədin altına atdığı təsdiq imzası qurumamış, artıq sənədə “mız” qoyanlar, yəni sənədin bütün parametrlərindəki bəndlərə, hətta baş nazirin dediyi “görünməmiş artıma” irad tutanlar peyda olmağa başlayıblar.

Gəlin, əvvəl ermənilərin yeni dövlət büdcəsi layihəsinə diqqət çəkək. Beləliklə, gələn ilin dövlət büdcəsi layihəsində gəlirlər - 1 trilyon 946.2 milyard, xərclər - 2 trilyon 188.4 milyard, kəsir - 242.2 milyard dram təşkil edəcək. Büdcə xərcləri keçən ilə nisbətən 18,2 faiz artacaq. Vergilərin ÜDM -ə nisbəti 0,9 faiz artaraq 23,4 faiz təşkil edəcək. Dövlət borcunun ÜDM -ə nisbəti azalaraq və ilin sonunda 60.2 faizə çatacaq. Kapital qoyuluşları artaraq 350 milyard dram təşkil edəcək. Təhsil, elm, mədəniyyət və idmana ayrılan vəsait 27,4 faiz artacaq və 223 milyard dram təşkil edəcək, o cümlədən təkcə elmə ayrılan vəsait 82 artacaq və s. və ilaxır. Deyim ki, hər şey yerində və elə bil hər şeyi ermənilər öz əlləri ilə qoyublar…

Yaxşı, bəs belə olan halda, ermənilərə deyən gərək, burada irad tutulası nə var? Hər şey açıq şəkildə, özü də dediyimiz kimi, yerli-yerində.

Amma bəzi ermənilərə nə var ki, onlar üçün yalan da olsa, hay-həşir salmaq elə də çətinlik törətmir.

Məsələn onlar deyirlər ki, Paşinyan layihə ilə bağlı öz mesajında, dövlət büdcəsinin üç “dayağa” əsaslandığını bildirir: təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, infrastrukturun inkişafı, təhsil və səhiyyənin modernləşdirilməsi.

Baş nazir bunlara nail olmağın əsas yolunu “dövrədən çıxmaqda” görür.

İndi də keçək bəzi ermənilərin yeni büdcə layihəsindəki iradlarına. Məsələn, onlar 2022 -ci ilin sonuna qədər Ermənistanda dövlət borcunun ÜDM -ə nisbətini 60,2 faizə endirmək niyyətini qəbul etmək istəmirlər. Deyirlər ki, indiki erməni cəmiyyətində bunu reallaşdırmaq üçün hökumət haradansa borc götürməlidir, amma haradan? Axı, erməni hökuməti haradansa borc götürməyə də bir üz yeri də qoymayıb. Amma yenə də “..yeməkdən ümid yaxşıdır”.

Deməli, ermənilərin növbəti iradı Paşinyanın “analoqu olmayan” kapital xərcləri üçün dövlət büdcəsi layihəsinə daxil olan 350 milyard dramla bağlıdır. Burada ermənilər “dad” edib deyirlər ki, “…artıq 3 ildir ki, onlar hətta yarıya belə yerinə yetirilməyən proqram göstəricilərinin xroniki şəkildə yerinə yetirilməməsini praktikada müşahidə edirlər”. Bəli, redllıqda yox, sadəcə olaraq praktikada…

Amma məsələ bundadır ki, deyəsən bunu Paşinyan da yaxşı anlayır deyə, artıq bütün nazirliklərə elə bu gündən etibarən dövlət satınalmaları çərçivəsində tenderlərin hazırlanmasını və elan edilməsi barədə tapşırıq verib.

Deyim ki, erməniləri gələn ilin dövlət büdcəsi layihəsində narazı salan məqamlardan biri də, onların yaralı yeri olan maddiyyatla bağlıdır. Belə ki, 2022-ci il dövlət büdcəsi layihəsində maaş və pensiyaların artımı barədə heç nə deyilmir. Yəni, belə görünür ki, “bu barədə söhbət belə gedə bilməz”. Yalnız üçüncü və ya sonrakı uşağını dünyaya gətirəcək ailələr sevinəcəklər. Belə ki, gələn il yanvarın əvvəlindən etibarən həmən uşaqların valideynlərinə uşaqlar 6 yaşına çatana qədər ayda 50 min dram ödəniləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə