"...İndiki hökumətə səs verən ermənilər üçün Türkiyə ilə inteqrasiya onların siyasi seçim ruhuna tam uyğun olacaq”. Bu fikirləri erməni saytına Rusiyanın uzaq Kirov vilayətinin qubernator köməkçisi olan Sergey Karnauxov deyib.
Əslində, burada erməniləri də başa düşmək olar. Rusiyada onların nahaq işinə haqq qazanmağa çalışanlar eyni yalan açıqlamaları ilə erməniləri bezdirib deyə, erməni saytları da indi “yeni nəfəs” axtarışına çıxıblar. Gərək ki, Sergey Karnauxov da belələrindən biri olmalıdır.
Təbii ki, bu onların hələ də nəyə isə ümidli olmaları ilə bağlıdır. Amma onlara xatırlatmaq gərək, ...düşüncələriniz necədirsə, həyatınız da elə olacaq və əgər həyatınızın gedişatını dəyişdirmək istəyirsinizsə, bu halda düşüncələrinizi də dəyişdirməlisiniz. Amma mən dahilərin ermənilər barədə dediklərini xatırlayıb, nədənsə, buna inana bilmirəm...
...Nə isə, qayıdaq Sergey Karnauxova...deməli, açıqlamasının elə ilk cümləsində “mənim əziz millətim” deməklə kimliyini ortaya qoyan qubernator köməkçisi söhbətə “kəsədən başlayır”. Deyir ki, 2021-ci il səxsən mənim üçün gözləmə ili idi. Düşünüb və çox ümid edirdim ki, artıq mənim əziz millətim Los-Anceles, Manhetten, Krasnodar diyarı və ya Moskvanın onların vətəni olmadığını anlamağa başlayırlar. Yəni dünyanın ən yaxşı yerlərində yaşamağa can atan ermənilər, nəhayət ki, Ermənistanın onların əsl vətəni olduğunu artıq başa düşəcəklər. Amma sən demə, bu, olmayıb.
Maraqlıdır ki, Karnauxov da bəzi erməni həmkarları kimi, ermənilərin Amerikadan ümidlə gözlədiklərinin özünü doğrultmadığını bildirir. Hətta o bəzi həmkarlarından fərqli olaraq, bu gün Amerika QHT-lərinin, Amerika diplomatlarının, Amerika xüsusi xidmət orqanlarının Ermənistan ərazisində də vaxtilə Ukraynada gördükləri işləri, gizli şəkildə də olsa, davam etdiriklərini bildirir. Bu gün Ukraynanın, əslində, Amerika hərbi bazası olan bir ölkəyə çevrildiyinə təəssüflənən Karnauxov eyni halın hazırda Ermənistanda da baş verdiyini bildirir: “...amma burada yeganə fərq ondadır ki, əgər Ukrayna on ildir bu vəziyyətə doğru gedirsə, Ermənistanda da eyni proseslər, yəni rusofob meylləri hər dəqiqə sanki sürətlə fırlanır”.
...Deyim ki, Karnauxov burada ermənilərə “məxsusi iradlarını” da gizlətmir. Məsələn, bundan sonra nə olacağını başa düşmədiyini deyən “rus səlahiyyətlisi” Ermənistanın son bir il ərzində “artsax”ın statusunu müəyyən etmək üçün heç bir şey görmədiyini də onlara irad tutur. Ermənilərə “soyqırım”ı xatırladır. “Soyqırım” tarixinə nəzər salaraq ermənilərin nə türkləri, nə də azərbaycanlıları bağışlamasının mümkün olmayacağını deyir.
Amma təəssüf və etirafda da bulunur. Ermənilərin bir millət olaraq guya çox yüksək atomlaşdırılmış millət olduğunu bildirir. Ermənistanda yaşayan və indiki hakimiyyətə səs verən ermənilər üçün Türkiyə ilə inteqrasiya, o cümlədən Azərbaycanla sülh prosesləri qurmaq onların siyasi seçim ruhuna tam uyğun olacağını deyir.
Deyim ki, bundan sonra özünə politoloq deyən Karnauxov filosofluğa keçərək ermənilərin yazıq günə düşmələrinə rəğmən deyir: “...Görürsünüz, tarixi qaliblər yazır, siyasi piramidanın zirvəsində olmayanların fikirlərini xatırlanmır. Buna görə də siyasi azlıq olduğu ortaya çıxan insanlar bu gün istədiklərini düşünə, narahat ola, ürəkləri qanlaya bilər, amma bu heç nəyə təsir etmir. Çünki onların seçimi əsas deyil və buna görə də siyasi gündəmi müəyyən etmirlər”.
Bu gün Ermənistanda baş verən bütün prosesləri ermənilər arasında qlobal parçalanmanın başlanğıcı kimi dəyərləndirən Karnauxov yaxınlarda milləti birləşdirmək üçün heç bir səy göstərilməyəcəyi təqdirdə, bu parçalanmanın daha bir xüsusiyyətlə genişlənib və pisləşəcəyini də gizlətmir.
Gərək ki, bizlərdə belə bir deyim var, deyirlər “...istədi çıxa dağ başına, daş düşdü sağ başına”... deyim ki, elə bil elə ermənilər üçün deyilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB