Amerikalı generaldan Əfqanıstan etirafı…

"Əfqanıstan ordusu tez məğlub oldu, demotivasiya edildi. Amma biz bunun belə tezliklə baş veəcəyini gözləmirdik”. Deyimki, bunu ABŞ Konqresindəki dinləmələrində Pentaqonun rəhbəri, Amerika Ordusunun ğeneralı Loyd Ostin bildirib: "Bizim və tərəfdaşlarımızın öyrətdiyi Əfqanıstan ordusunun tez, atəş açmadan əriməsi hamımızı təəccübləndirdi. Məncə başqa cür söyləmək vicdansızlıq olardı”

Onun sözlərinə görə, Əfqanıstanın qərbli tərəfdaşları Əfqanıstan hökumətinin korrupsiyasının dərinliyini dərk etməyiblər.”Xoşagəlməz həqiqəti etiraf etməliyik. Korrupsiyanın dərinliyini və Əfqanıstan hökumətinin zəifliyini tam başa düşmədik. Prezident Qaninin ordunun yüksək rəhbərliyində tez -tez və anlaşılmaz şəkildə dəyişdirilməsinin nə qədər dağıdıcı olduğunu başa düşmədik”

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə